Argentinada avtobus qəzası: 19 ölü, 21 yaralı

Argentinada avtobus qəzası:  19 ölü, 21 yaralı
21:12 18 Fevral 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

Argentinada avtobusun qəzaya uğraması nəticəsində 19 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Mendosa əyalətində qeydə alınıb. Çilinin "TurBus" şirkətinə məxsus avtobusda 32 Argentina, 4 Çili, 1 Kolumbiya və 1 Haiti vətəndaşı olub. Sərnişinlərdən üçünün azyaşlı uşaq olduğu bildirilir.
Məlumata görə, 16 nəfər aldığı xəsarətlərdən hadisə yerində, üçü isə xəstəxanada keçinib.
 
Qəzanın səbəbləri araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR