Polşalı gimnast: "Hər şey çox yüksək səviyyədə təşkil olunub" - FOTO

Polşalı gimnast: "Hər şey çox yüksək səviyyədə təşkil olunub" - FOTO
21:42 18 Fevral 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kuboku Rio Olimpiadasından daha yaxşı təşkil olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu polşalı batutçu Artur Zakjevski deyib.

İdmançı deyib: "Hər şey çox yüksək səviyyədə təşkil olunub. Onu da deyim ki, təşkilat səviyyəsinə görə bu, mənim iştirak etdiyim ən yaxşı yarışmadır. Bu yarışlar hətta Olimpiya oyunlarından yaxşı təşkil olunub".

Öz çıxışı barədə danışan idmançı qeyd edib ki, çıxış çox yaxşı alınmayıb: "Sinxron çıxışlar yaxşı keçdi, amma fərdi olaraq mən pis çıxış etdim. İlk cəhddə uğursuz çıxış etdim və finala çıxa bilmədim. Ümid edirəm ki, sinxron tullanmada finala çıxa biləcəyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR