Azərbaycan milli komandasının futbolçusu Türkiyə klubunun heyətindən kənarlaşdırılıb

Azərbaycan milli komandasının futbolçusu Türkiyə klubunun heyətindən kənarlaşdırılıb
22:32 18 Fevral 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Türkiyənin “Bursaspor” klubunun rəhbərliyi Azərbaycan milli komandasının futbolçusu Dəniz Yılmazı əsas heyətdən uzaqlaşdırıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı hücumçu İdarə Heyətinin və baş məşqçi Mutlu Topçunun qərarı ilə cəzalandırılıb.
Yılmazın komanda yoldaşı Sərcan Yıldırm da oxşar aqibətlə üzləşib. Hər iki futbolçuya pul cəzası da kəsiləcək.
Qərarda bildirilir ki, komandanın tələblərinə uyğun gəlməyən digər futbolçular da cəzalandırılacaq.
Qeyd edək ki, Dəniz Yılmaz Türkiyə Superliqasının XXI turu çərçivəsində, fevralın 17-də keçirilmiş “Kayserispor”la səfər matçının 19-cu dəqiqəsində qırmızı vərəqə alıb. “Bursaspor” oyundan qayıdarkən, Bursa Yeneşir hava limanında Necmi Ayıldız adlı azarkeş və klubun Konqres üzvü komandasını azlıqda qoyaraq, 0:2 hesablı məğlubiyyətə səbəbkar olan Azərbaycan yığmasının üzvünün qabağını kəsib. O, "Sən "Bursaspor"a layiq deyilsən, bu komandadan getməlisən. Nə haqqın var "Bursaspor"u pərişan etməyə? Bursanı tərk et. Sənə "Bursaspor" forması yaraşmır. Bur daha bu formanı geyinmə!" - deyə etiraz edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-milli-komandasinin-futbolcusu-turkiye-klubunun-heyetinden-kenarlasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR