"Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən gözəl layihəmiz var" - Gürcüstanın baş naziri

"Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən gözəl layihəmiz var" - Gürcüstanın baş naziri
22:32 18 Fevral 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bizim Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən gözəl layihəmiz var".

Milli.Az "Report"a istinadən bildirir ki, bu sözləri Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Münxendə keçirilən "Avrasiyanın gizli problemləri" "dəyirmi masası"nda çıxışı zamanı deyib.
Baş nazir qeyd edib ki, regional əməkdaşlıq Cənubi Qafqazda sabitliyin təməl daşlarından biri olaraq qalır. Georgi Kvirikaşvili Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən layihəni yüksək qiymətləndirib.
"Bizim "İpək yolu" iqtisadi zonası sayəsində, Avropa və Asiyanı bir-birinə bağlayan "Bir kəmər - bir yol" təşəbbüsü ilə yeni imkanlarımız var" - deyə o bildirib.
Baş nazir Gürcüstanın Avropa İttifaqının şərq cinahında mühüm ölkə olduğunu vurğulayıb. O, həmçinin rəsmi Tbilisinin Aİ ilə azad ticarət haqqında sazişi barəsində də danışıb.
Gürcüstanın iqtisadi inkişaf gəlincə, baş nazir bildirib ki, əhalisi 3,8 milyon nəfər olan ölkədə açıq iqtisadiyyat mövcuddur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/518986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR