Fatihə surəsi namazın hər rükətində deyilməlidirmi?

Fatihə surəsi namazın hər rükətində deyilməlidirmi?
22:47 18 Fevral 2017
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Ən doğru yol və namaz Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yolu və onun qıldığı kimi qılınan namazdır. Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali-İmran, 31). Ona görə də namazı Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və onun səhabələrinin (Allah onlardan razı olsun) qıldığı şəkildə qılmaq lazımdır. Çünki, ibadətin qəbul olunmasının şərtlərindən biri də onu Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) etdiyi kimi etməkdir. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Mənim necə namaz qıldığımı görürsünüzsə, siz də elə namaz qılın". (əl-Buxari, 631).
Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namazın hər bir rükətində Fatihəni oxumuş, həmçinin "təsbihətul-ərbəə" deyilən duanı oxumamış, zəruri hallar və ehtiyac olmadıqca namazlarda qunut tutmamış və başqalarına da bunları əmr etməmişdir. Bu haqda səhih mənbələrdə də heç bir məlumat yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR