Polis generalı təqaüdə göndərildi

Polis generalı təqaüdə göndərildi
22:49 18 Fevral 2017
324 Digər
Ölkə mətbuatı
A- A+

Daxili işlər nazirliyinin yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib. APA-nın xəbərinə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

 

DİN-dən APA-ya faktı təsdiqləyiblər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267995

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR