Xüsusi Dodge Challenger - FOTO

Xüsusi Dodge Challenger - FOTO
22:57 18 Fevral 2017
127 Maraqlı
Ölkə mətbuatı
A- A+

Mopar atelyesi 80 illik yubileyi münasibətilə kupe Dodge Challenger-in xüsusi versiyasını hazırlayıb. Yeniliyin əsas fərqləndirici xüsusiyyəti əl ilə rənglənmiş ban, o cümlədən eksteryerin və interyerin məxsusi bəzədilməsidir. Yubiley modifikasiyası üçün tünerlər iki rəng sxemi təklif edirlər (Pitch Black / Billet Silver və Pitch Black / Contusion Blue). Burada kapot, dam və baqaj qapağı qara rəngdə, banın digər hissələri isə gümüşü və ya tünd-göy rəngdə boyanıb.

Milli.Az auto.az-a istinadən bildirir ki, bu ikiqapılının qabaq qanadlarında 392 rəqəmi yazılıb. Mopar-ın xüsusi versiyası təkmilləşdirilmiş Challenger Hellcat-dan bəzi elementlər alıb (məsələn, sol farada hava çıxıntısı, qaz buraxma sistemi üçün qara borular). Bundan əlavə, modifikasiyada mərkəzində hava çıxıntıları olan Shaker kapotu və 20-düymlük təkər diskləri var.

Yubiley münasibətilə buraxılan Dodge Challenger 2017-2018-in interyeri də məxsusi bəzək alıb. Bu kupenin oturacaqlarında kontrast rəngli tikişlər var, söykənəcəklərində isə atelyenin adı yazılıb.

Güc aqreqatına gəldikdə isə, Mopar mütəxəssisləri kupeni 6,4-litrlik, 485 a.g. və 644 Nm gücə malik V8 mühərriki ilə təchiz ediblər. Yubiley münasibətilə buraxılan Challenger-dən cəmi 160 ədəd olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR