Gəncədə Moskviç yandı, sürücü yaralandı

Gəncədə Moskviç yandı, sürücü yaralandı
23:12 18 Fevral 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə "Moskviç -2715" markalı avtomobil yanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında şəhərin şərq çıxışında Yeni Qəsəbə adlanan ərazidə baş verib.
Kəlbəcər rayon sakini, 1962-ci il təvəllüdlü Həsənov Kamil Mədət oğlu ona məxsus avtomobil idarə edərkən avtomobildə alışma baş verib. Sürücü dərhal maşını tərk edib və yanğını söndürməyə cəhd edib, lakin buna nail ola bilməyib. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən maşın tamamilə alışmış avtomobili söndürüb.
Yanğın zamanı avtomobilini söndürməyə çalışan sürücü əlindən yanıq xəsarətləri alıb və ona ambulator tibbi yardım göstərilib.
Hadisənin başvermə səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR