Lerik sakini sahibsiz itlərin hücumuna məruz qalıb

Lerik sakini sahibsiz itlərin hücumuna məruz qalıb
23:32 18 Fevral 2017
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Lerik. 18 fevral. REPORT.AZ/ Lerik rayon sakini sahibsiz itlərin hücumuna məruz qalıb.
"Report"un cənub bürosunun məlumatına görə, hadisə rayonun Çayrud kəndində baş verib.
Belə ki, sahibsiz itlər kənd sakini, 1964-cü il təvəllüdlü Xanəbəy Dadaşova hücum ediblər. Üz və əl nahiyəsindən xəsarət alan sakin qonşuları tərəfindən Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lerik Rayon Mərkəzi Xəstəxanasından “Report”a bildirilib ki, xəstəxanaya gətirilmiş yaralı Çayrud kənd sakini Dadaşov Xanıbəy Xeyrulla oğluna tibbi yardım göstərilib. Zəruri tibbi tədbirlər görülüb, onun yaraları tikilib. 
Hazırda onun vəziyyəti normaldır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lerik-sakini-sahibsiz-itlerin-hucumuna-meruz-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR