Pagani-dən rodster Huayra - FOTO

Pagani-dən rodster Huayra - FOTO
23:57 18 Fevral 2017
117 Maraqlı
Ölkə mətbuatı
A- A+

Horacio Pagani şirkəti yeni rodsterin sirrini açıb. O, Huayra modelinin bazasında yığılıb. Yenilik martın 7-də Cenevrə avtosalonunda təqdim ediləcək. O, məhdud sayda - 100 ədəd istehsal ediləcək. Modelin qiyməti təqribən 2,4 milyon dollardır. Hazırda, demək olar ki, bütün rodsterlər artıq satılıb.

Milli.Az auto.az-a istinadən bildirir ki, şirkətin özü yeniliyi "Pagani-nin tarixində ən çətin layihə" adlandırıb. Avtomobil əvvəlki model Zonda kimi möhkəm açılan dam alıb. Bundan əlavə, yumşaq dam da əlyetərlidir ki, o, baqaja yığıla bilir. Üstüaçılan Huayra düzəltmək üçün Horacio Pagani avtomobilin qapılarını ciddi surətdə dəyişməli olub.

Avtomobilin çəkisi 1280 kq-dır (kupedən fərqli olaraq 80 kq yüngül). Rodsterin texniki hissələri kupedən fərqlənmir. Sərnişin oturacaqları arxasında Mercedes-AMG istehsalı olan 6,0-litrlik V12 mühərriki dayanır. Mühərrik 764 a.g.-ə malikdir və 7-pilləli sürət qutusu ilə birgə işləyir.

Avtomobilin dinamik xarakteristikası barədə məlumat verilmir. Qeyri-rəsmi məlumata görə, avtomobil ilk 100 km/saatı 3 saniyədən də tez yığır. Maksimal sürət isə 370 km/saatdır. Bir qədər sonra rodsterin daha güclü modifikasiyasının istehsalı da gözlənilir. Onun adına BC hərfləri əlavə olunacaq. Bu modifikasiya 789 a.g.-ə malik olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR