Azərbaycan milli komandasının baş məşqçisi: "Finallara döyüşə çıxan kimi çıxacağıq" - FOTO

Azərbaycan milli komandasının baş məşqçisi: "Finallara döyüşə çıxan kimi çıxacağıq" - FOTO
00:05 19 Fevral 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Dünya kubokunun finallarına əsl döyüşə çıxan kimi çıxacağıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri batut gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vladimir Şulikin deyib.

O bildirib ki, ilk günün nəticələrini pis qiymətləndirmir: "Hesab edirəm ki, idmançılar nəyə qadir olduqlarını göstərib. Mümkün olan 4 finaldan 3-nə vəsiqə qazanmaq normaldır. Onların yarışlar qabağı gördüyü işlərə və hazırlığa görə, yaxşı formada olanlar gözlənilən nəticəni göstərdilər".

O qeyd edib ki, sabahkı gün üçün heç bir proqnoz verməyəcək: "Finalda gözlənilməz şeylər baş verə bilər. Sabah geriyə yol yoxdur, maksimum gücümüzlə işləyəcəyik və finallara əsl döyüşə getdiyimiz kimi gedəcəyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR