Astarada avtomobil piyadanı vurub

Astarada avtomobil piyadanı vurub
00:07 19 Fevral 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara. 18 fevral. REPORT.AZ/ Astara rayonunda piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
"Report"un cənub bürosu xəbər verir ki, Astara şəhər, Qum küçəsində yaşayan 1987-ci il təvəllüdlü Abdullayev Murad Abdulla oğlu rayon mərkəzində, Səməd Vurğun küçəsində "Opel" markalı avtomobili tərəfindən vurulub.
M.Abdullayevin yaxınlarının sözlərinə görə, avtomobilin sürücüsü Rahim adlı şəxs yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Yaralıya qapalı kəllə-beyin travması, baş, alın nahiyəsinin əzələ şişi, habelə ayağının bud sümüyünün sınığı diaqnozu qoyulub.
M.Abdullayev reanimasiyaya yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/astarada-avtomobil-piyadani-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR