"Ailəmi xəyanət dağıtdı" - "Bəxt üzüyü"nün Sarası

"Ailəmi xəyanət dağıtdı" - "Bəxt üzüyü"nün Sarası
00:12 19 Fevral 2017
653 Şou
Ölkə mətbuatı
A- A+

"Həyatını gərək elə yaşayasan ki, geri baxanda utanmayasan. Biz Hüseynağa ilə bir məktəbdə oxumuşuq. Dörd il bir yerdə oxuyub, çalışmışıq. Məni "Səni səhnəyə qoyacağam" sözü ovsunladı. Nişanlandıq, toyumuz oldu".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Gülşad Baxşıyeva "Xəzər maqazin"ə açıqlamasında deyib.

"Bəxt üzüyü" filmi ilə tanınan aktrisa aktyor həyat yoldaşı Hüseynağa Atakişiyevdən danışıb. O bildirib ki, ayrılmalarına səbəb xəyanət olub. O, ailəsini xanım həmkarının dağıtdığını söyləyib:

"Hər şey var idi -  sənət, sevgi, ailə. 19 ildən sonra hər şey yoxa çıxdı. Hər şey davamlı olmur. Xəyanətə ehtiyac yox idi. Amma etdi... Bəxt üzüyümü qapalı yerdədir. Elə məqam olur ki, görürsən xoşbəxt deyilsən, bədbəxtsən. Mənə elə gəlir insan bir dəfə sevir. Həm qadın, həm ana, həm ata olmaq çətindir. Mənim üçün uşaqlarıma ata olmaq çətin idi. Qadınlıq keyfiyyətlərimi itirdim. Məni həyata bağlayan tələbələrim, nəvələrim və övladlarımdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/519002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR