Qazaxıstanlı gimnast: "Yarışlar yüksək səviyyədə keçir" - FOTO

Qazaxıstanlı gimnast: "Yarışlar yüksək səviyyədə keçir" - FOTO
00:27 19 Fevral 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

Təşkilat səviyyəsinə görə, Bakıdakı kimi gimnastika yarışları heç yerdə keçirilmir. Milli.Az bildirir ki, bu sözləri Trend-ə qazaxıstanlı gimnast Pirməmməd Əliyev deyib.

O, deyib ki: "Hesab edirəm ki, fərdi olaraq əla çıxış etdim və sinxron tullanmalarda finala yüksələ bildik".

O, qeyd edib ki, yarışlar yüksək səviyyədə keçir: "Təşkilat yüksək səviyyədədir. Təşkilat baxımından belə yarışlar heç yerdə keçirilmir. Zalda gözəl işıqlandırılma var idi. Əvvəlcə qeyri-adi idi, lakin sonra öyrəşdik. Tamaşaçılar gimnastları gözəl dəstəkləyirlər, hər şey əladır. Belə azarkeşlər qarşısında çıxış etmək çox xoşdur, tribunalarda çox adam var".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR