Tovuzda iki avtomobil toqquşub: xəsarət alan var

Tovuzda iki avtomobil toqquşub: xəsarət alan var
00:47 19 Fevral 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 19 fevral. REPORT.AZ/ Tovuz rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
"Report"un qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Düzqırıxlı kəndində baş verib.
Kənd sakini, 1984-cü il təvəllüdlü Bağırov Anar Hidayət oğlunun idarə etdiyi "VAZ -2107" markalı avtomobil qarşıdan gələn digər avtomobillə toqquşub. Nəticədə A.Bağırov müxtəlif bədən xəsarətləri alıb. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
A.Bağırova həkimlər tərəfindən tibbi yardım göstərilib və yaralıya güclü kəllə-beyin travması diaqnozu qoyulub. O, travmatologiya şöbəsinə yerləşdirilib.
Hazırda onun vəziyyəti orta ağırdır.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-iki-avtomobil-toqqusub-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR