Əfsanəvi rok ifaçının son gitarası satılır - FOTO

Əfsanəvi rok ifaçının son gitarası satılır - FOTO
00:58 19 Fevral 2017
147 Şou
Ölkə mətbuatı
A- A+

Nirvana qrupunun əfsanəvi solisti Kurt Kobeynin son gitarası hərraca çıxarılır.

Publika.az xəbər verir ki, gitaranı 25 min dollara eBay-də satışa çıxarıblar. Hagstrom Blue Sparkle Deluxe markalı gitara Kobeynin sol əli üçün nəzərdə tutulub. O, bu gitaranı 1992-ci ildə əldə edib.

Kurtun ölümündən sonra onun dul arvadı Kortni Lav gitaranı başqa bir musiqiçiyə hədiyyə edib. Daha sonra gitaranı Portlenddə yerləşən Black Book Guitars məşhur gitara mağazasının sahibi əldə edib.

Musiqi alətinin Kurta məxsus olduğunu gitara üzrə ekspert Erni Beyl təstiqləyib.

Açıq hərrac fevralın 26-da eBay-də keçiriləcək.

Qeyd edək ki, fevralın 20-də əfsanəvi rok ulduzun 50 yaşı tamam olur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/188385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR