ABŞ-ın vitse-prezidenti Binəli Yıldırımla görüşdü

ABŞ-ın vitse-prezidenti Binəli Yıldırımla görüşdü
01:04 19 Fevral 2017
122 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın vitse-prezidenti Mayk Pens və Türkiyənin baş naziri Binəli Yıldırım arasında baş tutan görüşdə İŞİD-lə mübarizə və İrana dair məsələlər müzakirə olunub.    

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

 

“Tərəflər İranın regionda stabilliyi pozmasına yol verməməyə dair razılığa gəliblər. Liderlər həmçinin İŞİD-ə qarşı mübarizədə birgə addımların gücləndirilməsi yollarını müzakirə ediblər”, - deyə Ağ Evin məlumatında bildirilir.  

 

Pens və Yıldırım terrorizmin bütün formaları ilə mübarizə aparmağa hazır olduqlarını bildiriblər.  

 

Bundan başqa, vitse-prezident, NATO üzrə ABŞ-ın strateji tərəfdaşı və müttəfiqi olan Türkiyə qarşısında Vaşinqtonun üzərinə götürdüyü öhdəlikləri təsdiqləyərək, Ankaranın İŞİD-ə qarşı mübarizəyə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR