Türkün maşını qəzaya düşdü, yaralı var

Türkün maşını qəzaya düşdü, yaralı var
01:09 19 Fevral 2017
143 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistralında sürücünün xəsarət  alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 430—cu kilometrliyində, Tovuz rayonu ərazisində qeydə alınıb. Rayonun Düz Qırıqlı kənd sakini 1984-cü il təvəllüdlü Bağırov Anar Hidayət oğlunun idarə etdiyi “VAZ 2107” Türkiyə vətəndaşının idarə etdiyi “Dociya” markalı avtomobillə toqquşub.

 

Qəza zamanı “VAZ”-ın sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR