Mehriban Əliyeva Münxen Təhlükəsizlik Konfransında səhiyyə təhlükəsizliyi ilə bağlı panel-müzakirəni izləyib

Mehriban Əliyeva Münxen Təhlükəsizlik Konfransında səhiyyə təhlükəsizliyi ilə bağlı panel-müzakirəni izləyib
02:32 19 Fevral 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində səhiyyə təhlükəsizliyinə həsr olunan panel-müzakirəni izləyiblər.
"Report" AzərTAC-a istinadən xəbər verir ki, panel-müzakirədə dünyada baş verən epidemiyaların qarşısının alınmasında BMT-nin, Dünya Səhiyyə Təşkilatının birgə səyləri və bu prosesə vətəndaş cəmiyyəti institutlarının, eləcə də özəl sektorun cəlb olunması yolları, epidemiyalarla mübarizədə innovasiya və müasir texnologiyalardan istifadə və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
53-cü Münxen Təhlükəsizlik Konfransı fevralın 19-da öz işini başa çatdıracaq.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/mehriban-eliyeva-munxen-tehlukesizlik-konfransinda-sehiyye-tehlukesizliyi-ile-bagli-panel-muzakiren

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR