İŞİD-in xəstəxanadakı qərargahı bombalandı

İŞİD-in xəstəxanadakı qərargahı bombalandı
05:04 19 Fevral 2017
146 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD terror qruplaşmasının Mosulun qərbindəki xəstəxana kompleksində yaratdığı  qərargahı aviazərbə endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə koalisiyanın bəyanatında bildirilir.    

 

“Koalisiya müəyyən edib ki..., qeyd olunan bina tibbi məqsədlər üçün istifadə edilmir və dinc sakinlər həmin binaya daxil olmur”, - deyə məlumatda bildirilir.  

 

Məhv edilən terrorçuların sayı barədə məlumat verilmir.

 

Qeyd edək ki, Mosulun şərq hissəsi İraq ordusunun  tam nəzarətinə keçib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR