İraqın Mosul şəhərində 4 uşaq acından ölüb

İraqın Mosul şəhərində 4 uşaq acından ölüb
05:22 19 Fevral 2017
162 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ İraqda 4 uşaq acından dünyasını dəyişib.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Mosul şəhərinin İŞİD terror qruplaşmasının işğalı altında olan hissəsində baş verib. İctimai fəal, hüquqşünas Ömər ət Tai şəhərin bu ərazisində kəskin qida çatışmazlığının mövcudluğunu vurğulayıb.
Xəbərdə həmçinin bildirilir ki, 1,5 milyon sakinin yaşadığı şəhərdə davam edən hərbi əməliyyatlar səbəbindən ərzaq qıtlığı mövcuddur. Yaşayış məntəqəsinə göndərilən humanitar yardımlar yalnız əhalinin ehtiyacının beşdə bir hissəsini ödəyir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raqin-mosul-seherinde-4-usaq-acindan-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR