Türkiyədə avtomobil restorana girib: 9 yaralı

Türkiyədə avtomobil restorana girib: 9 yaralı
06:32 19 Fevral 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Məlumata görə, hadisə Bursada, Osmangazı rayonunda baş verib. Belə ki, minik avtomobilinin restorana girməsi nəticəsində 9 nəfər yaralanıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub.
Hadisə yerinə çoxlu sayıda təcili yardım və xilasedici cəlb edilib. Qəzanı törətmiş sürücünün şəxsiyyəti hələ ki müəyyənləşdirilməyib.
Yaralılar xəstəxanalara yerləşdirilib. 
Polis faktla bağlı araşdırmaya başlayıb və ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiyede-avtomobil-restorana-girib-9-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR