Bu tip adamların beyni müəyyən xüsusiyyətlərə malikdir

Bu tip adamların beyni müəyyən xüsusiyyətlərə malikdir
07:03 19 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Niderlanda yerləşən Neymegen Universitetinin əməkdaşları müəyyən ediblər ki, diqqət defisiti və hiperaktivlik sindromunun (DFHS) səbəbi, çox güman, beyinlə bağlıdır. Belə ki, DFNS-i olan insanların beyinləri DFNS-dən əziyyət çəkməyənlərinkindən kiçikdir.

Publika.az xəbər verir ki, tədqiqatda 4 yaşından 63 yaşınadək bu sindromdan əziyyət çəkən 1713 nəfər və əziyyət çəkməyən 1529 könüllü iştirak edib.

Tədqiqatçılar iştirakçıların maqnit-rezonans tomoqrafiya məlumatlarını öyrəniblər. Onlar tədqiqat iştirakçılarının beyinlərini və DFNS ilə əlaqədar olan 7 zonanı ölçüblər. DFNS-dən əziyyət çəkən insanlarda beynin və pozulma ilə bağlı olan 5 nahiyənin, o cümlədən emosiyaların tənzimlənməsində iştirak edən badamcığın ölçüsü kiçik olub. Bu, xüsusilə uşaqlarda daha çox nəzərə çarpsa da, DFNS-dən əziyyət çəkən yaşlı adamlarda da müşahidə olunub.

Alimlər DFNS-ə görə dərman qəbul edən və etməyən adamlar arasında fərq tapa bilməyiblər. Yəni beynin bu xüsusiyyətlərinin DFNS-i müalicə edən preparatların qəbul edilməsinə aidiyyəti olmayıb. Mütəxəssislər vurğulayırlar ki, onlar bu mövzuda çox böyük tədqiqat aparıblar. (Azərtac)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/188387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR