Dondurulmuş kartof - FOTO

Dondurulmuş kartof - FOTO
07:05 19 Fevral 2017
381 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az qeyri-ənənəvi üsulla kartof qızartmasının hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: "Şirin barmaqlar" pirojnası - FOTO

Tərkibi: 

8 kartof

50 ml bitki yağı

duz

qara istiot

Orta böyüklükdə kartofları yuyub qabığını soyun. Az duzlu qaynayan suya salıb 5-7 dəqiqə bişirin. 

Suyunu süzüb soyudun. Sonra bıçaqla kartofların üzərində dərin olmayan şəbəkə çəkin. Soyuducuda 1 saat saxlayın. 

Formanı yağın yarısı ilə yağlayın. Kartofları içinə düzüb qalan yağı üzərinə çəkin. 

180 dərəcə qızdırılmış sobada 40 dəqiqə, arada çevirərək bişirin (tərs çevirmək lazım deyil, sadəcə fırladın ki, kənarları da qızarsın). 

Hazır kartofun üzərinə duz-istiot səpin. 

Zövqə görə, üzərinə xırdalanmış sarımsaq və Provans otları səpə bilərsiniz (hətta bunları kartofu sobada qızartmadan öncə üzərinə çəkdiyiniz yağa da qata bilərsiniz).

İndi isə kartofun öncədən qaynadılması barədə. Səbəb budur ki, bişmiş nişasta dağılmır, həmçinin kartof həddən artıq şirin olmur. 

Nuş olsun! 

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə





Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/518371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR