Ağdamda avtomobil yanaraq kül oldu - VİDEO

Ağdamda  avtomobil yanaraq kül oldu - VİDEO
08:43 19 Fevral 2017
165 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam rayonunda yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Səfərli kəndində, Sabir Əliyevə məxsus yaşayış evində baş verib.

Belə ki, "VAZ-2106" markalı avtomobil və dam yanaraq kül olub. Hadisəyə elektirik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Ev sahibin sözlərinə görə, axşam saatlarında baş vermiş hadisədən ilk olaraq xəbər tutan ailənin gəlini olub. Yanğının qarşısını almaq üçün ilk müdaxiləni də ailə üzvləri ediblər. Daha sonra hadisə yerinə yanğınsöndürənlər də cəlb olunub.

Qeyd edək ki, yanğınsöndürənlərin müdaxiləsindən sonra alov ram edilib. Yanğının digər tikililərə kecməsinin qarşısı alınıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/188402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR