Bir ay ərzində ABŞ-dan 117 kubalı miqrant deportasiya edilib

Bir ay ərzində ABŞ-dan 117 kubalı miqrant deportasiya edilib
09:02 19 Fevral 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ Son 1 ay ərzində ABŞ-dan kubalı miqrant deportasiya olunub.
"Report" xəbər verir ki, bu barədə "MIG News" məlumat yayıb.
Məlumata görə, cümə günü, fevralın 17-də kubalı miqrantların qaytarılmasını təşkil edən reyslə Havanaya daha iki qadın göndərilib. Buna qədər isə kubalı miqrantları vətənə kommersiya aviareysləri və ya gəmi ilə deportasiya edirdilər.
Deportasiya ABŞ-ın miqrasiya siyasətinin dəyişməsi ilə əlaqədardır. Əvvəlki qanuna əsasən ABŞ ərazisinə daxil olan kubalılar burada vizasız qala bilərdilər.
ABŞ-ın əvvəlki prezidenti Barak Obama Ağ Evi tərk etməzdən bir neçə gün əvvəl kubalılar üçün miqrasiya rejimini ləğv etmişdi. Bu qərar Kuba ilə münasibətlərin yaxşılaşması çərçivəsində qəbul edilmişdi.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bir-ay-erzinde-abs-dan-117-kubali-miqrant-deportasiya-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR