Türk futbolçuya 25 milyonluq təklif

Türk futbolçuya 25 milyonluq təklif
09:07 19 Fevral 2017
173 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Frayburq" klubunda çıxış edən Çağlar Söyüncü Avropanın böyük klublarının maraq dairəsinə düşüb. Fanat.Az xəbər verir ki, bu barədə futbolçunu alman klubuna satan "Altınordu"nun prezidenti Seyit Mehmet Özkan məlumat verib.

Çağlar Söyüncü "Menemen Bələdiyyəspor", "Bucaspor" və "Aliağaspor" klublarında çıxış edən Çağlar Söyüncü 2014-cü ildə - 18 yaşında "Altınordu"na transfer olunub. Türkiyə klubu ötən ilin yayında onu 2,5 milyon avroya "Frayburq"a satıb. 20 yaşlı müdafiəçi bu mövsüm Bundesliqada 17, Almaniya Kubokunda 1 oyuna çıxıb.

Seyit Mehmet Özkan bildirib ki, Çağlar Söyüncü "Mançester Siti", "Zenit" və "Roma" kimi böyük klubların maraq dairəsindədi. Məlumata görə, artıq "Frayburq"a 25 milyon avroluq təklif gəlib. Bu transfer baş tutsa, "Altınordu" transfer haqqından 30 faiz pay alacaq.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turk-futbolcuya-25-milyonluq-tklif-t56374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR