"Amerika KİV-ləri buna görə cavab verəcəklər"

"Amerika KİV-ləri buna görə cavab verəcəklər"
09:17 19 Fevral 2017
107 Dünya
Ölkə mətbuatı
A- A+

Həqiqətə uyğun olmayan materialları dərc edən Kütləvi İnformasiya Vasitələri (KİV) buna görə cavab verəcəklər.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatının Melborn şəhərində çıxışı zamanı deyib.

Tramp deyib:"Mən heç vaxt imkan vermərəm ki, insanlara yalan danışan KİV-lər cəzasız qalsın. Onların öz məqsədləri var və bu məqsədlər sizinkilərlə üst-üstə düşmür".

Tramp qeyd edib ki, o, tərəfdarlarına KİV-lərin vasitəçiliyi olmadan müraciət etmək niyyətindədir.

Qeyd edə ki, son günlərdə Tramp aparıcı kütləvi informasiya vasitələrinin çoxunu tənqid edir. Tramp "CNN", "NBC", CBS", "ABC" kimi aparıcı telekanalları və "The New York Times" qəzetinidə tənqid edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR