Poroşenko Rusiyanın Donbas separatçılarının sənədlərini tanımasını şərh etdi

Poroşenko Rusiyanın Donbas separatçılarının sənədlərini tanımasını şərh etdi
09:22 19 Fevral 2017
104 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyot Poroşenko Rusiyanın Donbasdakı separatçı rejimin əhaliyə verdiyi sənədləri tanımasına münasibət bildirib. 

Milli.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Poroşenko qeyd edib ki, bu, beynəlxalq hüququn Rusiya rəhbərliyi tərəfindən pozulmasına sübutdur.   

"Bu, Rusiyanın beynəlxalq hüququ pozmasının və işğal törətməsinin növbəti təsdiqidir", - o qeyd edib.

Rusiya Ukraynanın Donbas bölgəsindəki "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" separatçı rejimlər tərəfindən istifadəyə verilən sənədləri tanıyıb. Rusiya prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.     

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR