Mosulun qərb hissəsinin İŞİD-dən azad edilməsi əməliyyatı başlayıb

Mosulun qərb hissəsinin İŞİD-dən azad edilməsi əməliyyatı başlayıb
09:22 19 Fevral 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-Abadi Mosulun qərb hissəsinin İŞİD terror qruplaşmasından azad edilməsi əməliyyatının başladığını bildirib.
"Report"un məlumatına görə, bu barədə "France Presse" xəbər verib.
Qeyd olunur ki, şəhərin qərb hissəsi silahlıların nəzarəti altındadır. İraq hərbçiləri artıq 3 aydır onları mühasirədə saxlayırlar.
"Baş nazir Mosulun qərb hissəsinin azad edilməsi uğrunda əməliyyatın başlanması barədə bəyan edib" – deyə agentlik baş nazirin mətbuat xidmətinin məlumatından sitat gətirib.
Mosulun şərq hissəsi ötən ilin oktyabrında İŞİD-dən azad edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mosulun-qerb-hissesinin-i-si-d-den-azad-edilmesi-emeliyyati-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR