"Qəbələ", yoxsa "Qarabağ"?

"Qəbələ", yoxsa "Qarabağ"?
09:32 19 Fevral 2017
118 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqada 19-cu tura yekun vurulacaq. 

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, bu gün azarkeşlər daha 2 matça tamaşa edəcəklər. 

Əsas diqqətlər Qəbələyə yönələcək. Burada çempionluğa iddialı 2 komanda üz-üzə gələcək. "Qəbələ" - "Qarabağ" matçını 6 xallıq oyun kimi də dəyərləndirmək olar. 

Meydan sahibləri 3 xal qazanacaqları halda, "Qarabağ"la xalları bərabərləşdirərək şəxsi oyunlardakı üstünlük sayəsində lider olacaqlar. Ağdam klubu isə çətin səfərdən 3 xalla dönsə, çempionluq yolunda mühüm addım atmış olacaq. 

"Sumqayıt" isə öz meydanında çempionatın autsayderi AZAL-ı qəbul edəcək. 

19 fevral (bazar)

15:30."Sumqayıt" - AZAL
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
"Kapita Bank Arena"

17:30."Qəbələ" - "Qarabağ"
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
Qəbələ şəhər stadionu

18 fevral (şənbə)

"Neftçi" - "Kəpəz" - 0:0 
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev
8-ci kilometr qəsəbə stadionu

"İnter" - "Zirə" - 1:1 
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Ziya Nəsirov
"İnter Arena"

N Klublar O Q H M T-F X
1 Qarabağ 18 13 3 2 32-8 42
2 Qəbələ 18 11 6 1 36-10 39
3 İnter 19 8 9 2 30-19 33
4 Zirə 19 6 5 8 17-21 23
5 Sumqayıt 18 5 7 6 19-23 22
6 Neftçi 19 5 2 12 14-33 17
7 Kəpəz 19 3 7 9 12-22 16
8 AZAL 18 1 5 12 8-32 8
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR