KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - Qida müəssisəsi 800 məktəblini zəhərlədi

KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - Qida müəssisəsi 800 məktəblini zəhərlədi
09:38 19 Fevral 2017
113 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyada kütləvi zəhərlənmə baş verib.

Publika.az xəbər verir ki, paytaxt Tokio yaxınlığındakı Tatikava şəhərinin 7 məktəbində 800 məktəbli qidadan zəhərlənib. Xəbərdə bildirilir ki, şagirdlər ürək bulanmasından və qarın sancısından şikayət ediblər.

"TBS" teleşirkəti isə zəhərlənənlərin sayının 500 olduğunu bildirib. Məlumatlarda zəhərlənən şagirdlərdən heç birinin vəziyyətinin ağır olmadığı qeyd edilir. Bu, xəstəxanaya yerləşdirilmiş 5 məktəbliyə də aiddir.

Şagirdlərin məktəblər üçün qida hazırlayan Tatikava şəhər kombinatının nahar yeməyindən zəhərləndikləri ehtimal olunur.

Zəhərlənmə hadisənin baş verdiyi gün orada 3000 nəfərlik nahar yeməyi hazırlanıb. Hazırda kombinatda sanitar yoxlama həyata keçirilir və müəssisə fevralın 24-dək fəaliyyətini dayandırıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR