"QƏRB ƏMƏLİYYATI" başladı

"QƏRB ƏMƏLİYYATI" başladı
09:48 19 Fevral 2017
184 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın baş naziri Heydər əl-Abadi Mosulun qərb hissəsinin İŞİD terror qruplaşmasından azad edilməsi əməliyyatının başladığını bildirib.

Publika.az xəbər verir ki, şəhərin qərb hissəsi silahlıların nəzarəti altındadır. İraq hərbçiləri artıq 3 aydır onları mühasirədə saxlayırlar.

"Baş nazir Mosulun qərb hissəsinin azad edilməsi uğrunda əməliyyatın başlanması barədə bəyan edib" – deyə agentlik baş nazirin mətbuat xidmətinin məlumatından sitat gətirib.

Mosulun şərq hissəsi ötən ilin oktyabrında İŞİD-dən azad edilib. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR