Trampın son qurbanı "Mançester Yunayted"in əfsanəsi oldu

Trampın son qurbanı "Mançester Yunayted"in əfsanəsi oldu
10:07 19 Fevral 2017
197 İdman
Ölkə mətbuatı
A- A+

Donald Trampın işə başlamasından sonra miqrantlar və əcnəbi turistlərin hava limanları və sərhəd qapalarında problem yaşadığı ABŞ-da bu durumun son qurbanı "Mançester Yunayted"in keçmiş ulduzu Duayt Yorke olub. 

Fanat.Az xəbər verir ki, cümə günü ABŞ-a getmək istəyən Yorke pasportundakı İran möhürü səbəbindən təyyarəyə minə bilməyib. 

2015-ci ildə dünya yığması ilə İran millisi arasında keçrilən yardım matçı üçün Tehrana getdiyini bildirən veteran futbolçu "Nələrin baş verdiyinə inana bilmirəm. Amerikada neçə dəfə olduğumu belə xatırlamıram. Bu ölkəni sevirəm, amma bu olaydan sonra özümü cinayətkar kimi hiss etdim" deyib.

Qətərdən vətənini Trinidad və Tobaqoya getmək istəyən, bu səfər üçün Mayamiyə uçmalı olan 45 yaşlı veteran futbolçu başına gələnləri danışıb: "Biletimi alaraq təyyarəyə tərəf getdiyim zaman iki polis əməkdaşı məni dayandıraraq pasportumda İran möhürünün olduğunu və bu səbəbdən uça bilməyəcəyimi dedi. İrana sadəcə bir yardım matçı üçün getmiş və bir gecə belə qalmamışdım. Mənə təyyarəyə minsəm, ABŞ-a enən kimi həbs olunacağımı və deportasiya edilərək yenidən Qətərə göndəriləcəyimi dedilər. Onlara sadəcə Karibdəki evimə getməyə çalışdığımı anlatmaq istədim. 

Qeyd edək ki, Duayt Yorke 2009-cu ildə karyeraını bitirib. O, "Mançester Yunayted"dən başqa İngiltərənin "Aston Villa", "Blekbörn", "Birmingem", "Sanderlend" və Avstraliyanın "Sidney" klublarında oynayıb. 

Keçdiyimiz günlərdə ABŞ-ı olimpiadada təmsil edən ilk başıbağlı idmançı olan İbtihay Məhəmmədin də öləyə girişinə imkan verilməmişdi. 

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-trampn-son-qurban-quotmancester-yunaytedquotin-fsansi-oldu-t56376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR