Mosulun qərbinin azad edilməsi əməliyyatı başladı

Mosulun qərbinin azad edilməsi əməliyyatı başladı
10:17 19 Fevral 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

İraqda Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün İraq baş naziri Heydər əl-İbadi bəyan edib.

Mosulun qərb hissəsi 3 aydır ki, İraq ordusunun mühasirəsindədir. Şərqi Mosul isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Əməliyyatın gedişində evlərini tərk etmiş 190 min şəhər sakinindən 30 minə yaxını artıq evlərinə qayıdıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR