ABŞ-dan 117 kubalı miqrant deportasiya edilib

ABŞ-dan 117 kubalı miqrant deportasiya edilib
10:27 19 Fevral 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Son 1 ay ərzində ABŞ-dan kubalı miqrant deportasiya olunub.

Milli.Az report-a istinadən  xəbər verir ki, bu barədə "MIG News" məlumat yayıb.

Məlumata görə, cümə günü, fevralın 17-də kubalı miqrantların qaytarılmasını təşkil edən reyslə Havanaya daha iki qadın göndərilib. Buna qədər isə kubalı miqrantları vətənə kommersiya aviareysləri və ya gəmi ilə deportasiya edirdilər.

Deportasiya ABŞ-ın miqrasiya siyasətinin dəyişməsi ilə əlaqədardır. Əvvəlki qanuna əsasən ABŞ ərazisinə daxil olan kubalılar burada vizasız qala bilərdilər.

ABŞ-ın əvvəlki prezidenti Barak Obama Ağ Evi tərk etməzdən bir neçə gün əvvəl kubalılar üçün miqrasiya rejimini ləğv etmişdi.

Bu qərar Kuba ilə münasibətlərin yaxşılaşması çərçivəsində qəbul edilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR