Restorana borclu qalan bəy qaçdı - Gəlin isə... - İnanılmaz olay!

Restorana borclu qalan bəy qaçdı - Gəlin isə... - İnanılmaz olay!
11:08 19 Fevral 2017
7416 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskvada bəyin atdığı addım müzakirələrə səbəb olub.

Hadisə belə olub ki, 41 yaşlı şəhər sakini restoranlardan birində özünə toy etmək qərarına gəlib. Uzun axtarışlardan sonra məkanlardan birini bəyənərək, həmin yerin rəhbəri ilə 100 min rubl müqabilində razılığa gəlib. Lakin pulun cəmi 20 min rublunu ödəyən şəxs qalanını toy günü verəcəyini deyib. Lakin bəy verdiyi sözün üstündə durmayıb. Pulu verməmək üçün, toy bitən kimi gəlini və qonaqları da götürərək aradan çıxıb.

Restoran rəhbərliyi baş verən hadisə ilə bağlı dərhal polisə məlumat verib. Axtarışlar nəticəsində yaxalanan bəy bölməyə aparılıb. Hazırda rəhbərliyin şikayəti əsasında həmin şəxs haqqında dələduzluq maddəsi ilə cinayət işi qaldırılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/188024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR