Tramp: "ABŞ Suriyada təhlükəsizlik zonalarını Fars Körfəzi ölkələrinin hesabına yaradacaq"

Tramp: "ABŞ Suriyada təhlükəsizlik zonalarını Fars Körfəzi ölkələrinin hesabına yaradacaq"
11:23 19 Fevral 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Qərbə qaçqın axınına son qoymaq üçün Suriyada təhlükəsizlik zonalarını yaradacaq.

Bunu ABŞ prezidenti Donald Tramp Florida ştatının Melborn şəhərində mitinqdə çoxsaylı tərəfdarları qarşısında deyib.

Tramp bildirib: "Mən Suriya və digər yerlərdə təhlükəsizlik zonaları yaratmaq istəyirəm ki, onlar (yəni yerli əhali) orada qala və təhlükəsizlik şəraitdə yaşaya bilsinlər".

Tramp təhlükəsizlik zonaların yaradılacağını vurğulayaraq qeyd edib: "Biz elə edəcəyik ki, Fars Körfəzi ölkələri bu zonaların yaradılmasının xərclərini qarşılayacaqlar". (Trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR