"Bavariya" büdrədi, "Borussiya"dan qələbə

"Bavariya" büdrədi, "Borussiya"dan qələbə
11:47 19 Fevral 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya Bundesliqasında 21-ci turun görüşləri davam edir. 

Milli.Az qol.az-a istinadən məlumatına görə, bu gün turun daha 6 matçı keçirilib. 

Səfərdə "Herta"nın qonağı olan "Bavariya" qələbə qazana bilməyib. Meydandan 1:1-lik bərabərliklə ayrılan Münhen klubu son üç turda ikinci dəfə xal itkisi ilə üzləşib.

Öz meydanında "Volfsburq"u qəbul edən "Borussiya" aktivinə 3 xal yazdırıb. Dortmund klubu qələbəni 3 qolla əldə edib. 

Almaniya Bundesliqası 

XXI tur

18 fevral

"Maynts" - "Verder" 0:2
Qollar: Qnabri, 16, Pelaney, 23

"Borussiya" (Dortmund) - "Volfsburq" 3:0
Qollar: Bruma, 20-avtoqol, Pişçek, 48, Dembele, 59 

"Ayntraxt" - "İnqolştad" 0:2
Qollar: Breqerie, 26, Qross, 69-pen 

"Herta" - "Bavariya" 1:1
Qollar: İbişeviç, 21 (1:0), Levandovski, 90+6 (1:1) 

"Hoffenhaym" - "Darmştad" 2:0
Qollar: Kramariç, 64; 90+3-pen
"Hamburq" - "Frayburq" 2:2
Qollar: Hunt, 15 (1:0), Filipp, 23 (1:1), Qreqoritş, 57 (2:1), Qrifo, 72 (2:2) 

Qeyd edək ki, 21 turdan sonra "Bavariya" Bundesliqanın vahid lideridir. 1 oyun az keçirən "Leyptsiq" 42 xalla ikinci, "Borussiya" isə 37 xalla üçüncüdür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR