Rusiya yeni silahlarını sınaqdan çıxarır

Rusiya yeni silahlarını sınaqdan çıxarır
12:29 19 Fevral 2017
148 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya ordusu və hərbi sənayesinn nümayəndələri ən yeni silah növlərini və xüsusi hərbi texnikanı Arktikada sınaqdan keçirməyə başlayıb.

 

Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Dmitri Bulqakov elan edib. Qoşunların Arktikaya yürüş marşrutu Yakutiyanın Tiski qəsəbəsindən Arktikadakı Kotelnıy adasına və oradan dənizlə buz üzərində geriyədir. Yürüşün ümumi uzunluğu 2 min kilometrdən yuxarıdır.

 

Yürüş zamanı hərbi təyinatlı qarda özüyeriyən maşınlar, zirehli və tırtıllı transportyorlar, TREKOL özüyeriyənləri, DT-10PM və DT-30PM modernləşdirilmiş transportyorları, dgər hərbi texnika istifadə olunacaq.

 

Rusiya son illər Arktikada hərbi iştirakını sürətlə genişləndirir, ir-birinin ardınca təlimlər keçirir və yeni hərbi bazalar qurur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR