Hindistan Ayda helium-3 hasilatına başlamağı planlaşdırır

Hindistan Ayda helium-3 hasilatına başlamağı planlaşdırır
12:47 19 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ Hindistan 2030-cu ilədək Ayda helium-3 hasilatına və ondan enerji ehtiyatı kimi istifadə etməyə hazır olacaq.
"Report" xəbər verir ki, bu barədə ölkənin Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) professoru Sivatxan Pillaiyə istinadən "IANS" agentliyi məlumat yayıb.
Alim qeyd edib ki, müəssisə Ay səthinin istismarına hazırlaşır və on il ərzində bu proses mümkün olacaq.
Helium-3 izotopu Yer kürəsində olduqca cüzi miqdarda – ildə təqribən bir neçə on qram hasil edilir. Hind və rus alimlərin qiymətləndirməsinə görə, Ayda bu ehtiyatın həcmi bütün maraqlı ölkələrin təmin edilməsi üçün kifayət qədərdir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/hindistan-ayda-helium-3-hasilatina-baslamagi-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR