ABŞ Polşaya daha minə yaxın hərbçi göndərir

ABŞ Polşaya daha minə yaxın hərbçi göndərir
13:02 19 Fevral 2017
123 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ Birləşmiş Ştatlar aprel ayında Polşanın şimal-şərqinə daha minə yaxın hərbçi göndərəcək.
"Report" xəbər verir ki, bu barədə Amerikanın Avropadakı qoşunlarının Almaniyanın Visbaden şəhərində yerləşən Baş Qərargahı öz "Twitter" mikrobloqunda məlumat yayıb.
"ABŞ bundan sonra da NATO-nun şərq cinahını gücləndirməyi planlaşdırır. 2017-ci ilin aprelində Polşanın Ojiş şəhərinə hərbi texnika ilə yanaşı təqribən min Amerika hərbçisi göndəriləcək", – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Amerika qoşunları Polşaya Almaniya və Çexiya ərazisindən keçməklə gedəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-polsaya-daha-mine-yaxin-herbci-gonderir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR