Coli qaradan çəhrayıya keçdi - FOTO

Coli qaradan çəhrayıya keçdi - FOTO
13:05 19 Fevral 2017
185 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hollivud ulduzu Ancelina Coli yeni rejissorluq işi olan "Əvvəl onlar atamı öldürdülər: Kamboca qızının xatirələri" ("First they killed my father: a daughter of Cambodia remembers") adlı müharibə mövzulu filmini təqdim etmək üçün Los-Ancelesdən Kambocaya yollanıb.

Milli.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, aktrisa Kambocaya uşaqları ilə gedib.

O, "Raffles Grand Hotel D'Angkor"da jurnalistlərə açıqlama verib: "Kamboca oğlum Meddoksun vətəni, mənim ikinci evimdir. Ona görə də filmi təqdim etmək üçün ilk olaraq buranı seçdim".

Filmin təqdimat mərasimində Kambocanın mədəniyyət və incəsənət naziri Pxyan Sakona iştirak edib. Təqdimatdan öncə həmişə olduğu kimi qaraya bürünən Coli mərasimdə geyindiyi çəhrayı rəngli libası ilə göz oxşayıb.

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/519053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR