"Ola bilsin ki, Poqba dünyanın ən bahalı futbolçusu statusunu itirsin"

"Ola bilsin ki, Poqba dünyanın ən bahalı futbolçusu statusunu itirsin"
13:27 19 Fevral 2017
167 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo dünyanın ən bahalı futbolçusu Pol Poqbanın yaxın illərdə bu statusu itirəcəyini düşünür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqal mütəxəssis bunları deyib:

"Poqba yaxşı formadadır. Amma diqqət mərkəzində olması vəziyyəti qəlizləşdirir. Əminəm ki, növbəti mövsüm onun istedadının yarısında malik olan futbolçular eyni qiymətə, bəlkə də, daha çox satılacaq. Poqbanın bu diqqətdən nə vaxt kənara çıxacağını gözləyirəm. Bir neçə il sonra başa düşəcəksiniz ki, bu futbolçu bizə ucuza başa gəlib.

Qısa müddət öncə fenomenal ounçunun qiyməti 25 milyon funt idi. İndi bu pulla pespektivli futbolçu ala bilərsən. Həmin vaxt dünya ulduzuna ödənilən pul indi 20 yaşlı gənclərə xərclənir. Fikrimcə, növbəti illər sürprizlər gətirəcək. Ola bilsin ki, Poqba dünyanın ən bahalı futbolçusu statusunu itirsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR