Rusiyalı gimnast Bakıda Dünya Kubokunun qalibi oldu

Rusiyalı gimnast Bakıda Dünya Kubokunun qalibi oldu
13:33 19 Fevral 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyalı gimnast Anna Korobeynikova Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun tamblinq cığırında final yarışlarında qalib gəlib.

A.Korobeynikova 69,700 bal toplayaraq qızıl medala yiyələnib.

Gümüş medala portuqaliyalı Rakel Pintu (66,000 bal), bürünc medala isə CAR təmsilçisi Byanke Zunikind (65,900) sahib olub.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun finalları keçirilir. Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/188441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR