İranın xarici işlər naziri Cavad Zərif nüvə silahı istehsal etməyə hazırlaşmadıqlarını bəyan edib.
Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Münhen Təhlükəsizlik Konfransında çıxış edən C.Zərif deyib ki, İranı bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir.
C.Zərif bildirib ki, İran israrla nüvə proqramının sülh məqsədi daşıdığını vurğulayır.