Bu il "Oskar" mükafatçılarına daha ucuz hədiyyələr veriləcək

Bu il "Oskar" mükafatçılarına daha ucuz hədiyyələr veriləcək
13:57 19 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ Bu il "Oskar" kino mükafatının nominantları ötən ilə nisbətdə daha ucuz hədiyyələr alacaqlar.
"Report" xəbər verir ki, bu barədə hədiyyə dəstlərinin qiymətləndirməsini aparan "Forbes" jurnalı yazıb.
Nəşrin məlumatına görə, hazırda bir hədiyyə səbəti qiyməti təqribən 200 min dollardır. Halbuki, 2016-cı ildə bu, 232 min dollar təşkil edirdi və ümumi olaraq 6 milyon dollar xərc tələb edirdi.
Hədiyyə dəstləri ənənəvi olaraq ən yaxşı aktyor və aktrisa və ya rejissor adı kateqoriyalarında bütün nominantlara təqdim olunur. Səbətə səyahət, kosmetik prosedurlar və ekzotik hədiyyələr daxil ola bilir. Hər hansı bir brendin dəstə daxil olması üçün şirkətlər 4 min dollardan ucuz məhsul və xidmət təklif edə bilməzlər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/bu-il-oskar-mukafatcilarina-daha-ucuz-hediyyeler-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR