Portuqaliya gimnast: "Bakıda gümüş medal qazandığım üçün çox xoşbəxtəm"

Portuqaliya gimnast: "Bakıda gümüş medal qazandığım üçün çox xoşbəxtəm"
14:12 19 Fevral 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Çox xoşbəxtəm ki, Bakıda gümüş medal qazanmağı bacardım.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun tamblinq yarışlarında gümüş medal qazanan portuqaliyalı Rakel Pintu deyib.

İdmançı belə nəticəni gözləmədiyini bildirib: "Çünki yeni elementlərini sınaqdan keçirdim. Lakin hər şey sadəcə əla alındı".

Portuqaliya təmsilçisi Milli Gimnastika Arenasını çox bəyəndiyini deyib: "Burada çox gözəl ab-hava var. Əsasən də zalın tərtibatı, işıqlandırılması, həmçinin idmançılar çıxış edən zaman öz ölkələrinə aid musiqilərin səsləndirilməsi xüsusən xoşuma gəldi. Mən bütün diqqətimi yarışa cəmləmişdim və bunu dərhal sezmədim. Lakin bu, çox möhtəşəm idi".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun finalları keçirilir. Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR