İtaliyalı futbolçu Andrea Pirlo "Yuventus" klubuna qayıdır

İtaliyalı futbolçu Andrea Pirlo "Yuventus" klubuna qayıdır
14:27 19 Fevral 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ Amerikanın "Nyu-York Siti" klubunun 37 yaşlı italiyalı yarımmüdafiəçisi Andrea Pirlo vətəninə qayıdacaq.
"Report" xəbər verir ki, keçmiş komandası "Yuventus" ona klubun səfiri vəzifəsini təklif edib.
Bəzi məlumatlara görə, oyunçu MLS komandası ilə müqaviləsini uzatmayacaq. Pirlonun "Nyu-York Siti" ilə müqaviləsi cari ilin sonunda başa çatır. Ehtimal olunur ki, 2006-cı ilin dünya çempionu yeni işinə 2018-ci ilin yanvarında başlayacaq.
Yarımmüdafiəçi 2011-2015-ci illərdə Turin klubunun şərəfini qoruyub. O, "Qoca senyora"nın heyətində dördqat İtaliya çempionu olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-taliyali-futbolcu-andrea-pirlo-yuventus-klubuna-qayidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR