"Liverpul" alman futbolçu üçün danışıqlara başladı

"Liverpul" alman futbolçu üçün danışıqlara başladı
14:42 19 Fevral 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul"un məşqçilər korpusu Maro Götzeni komandada görmək istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızılar" 25 yaşlı yarımmüdafiəçini heyətə cəlb etmək üçün "Borussiya Dortmund" rəhbərliyi ilə danışıqlara başlayıb. Məlumata görə, Dortmund tərəfi Götzeni 20 milyon funta buraxmağa hazırdır.

Almaniyalı futbolçu ötən yay "Borussia"ya qayıdandan sonra əsas heyətə düşməkdə çətinlik çəkir. O, Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika"ya qarşı ilk oyunda iştirak ərizəsinə daxil edilməmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR